Gəncə Voleybol Festivalında 100-dən çox könüllüyə sertifikat təqdim olunub

Hit: 161
Gəncə Voleybol Festivalında 100-dən çox könüllüyə sertifikat təqdim olunub
Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Voleybol Federasiyası və “Gəncə” voleybol klubunun təşkilatçılığı, “AzerGold” QSC-nin dəstəyi ilə keçirilən Gəncə Voleybol Festivalında iştirak edən könüllülərlə görüş təşkil olunub. Gəncə İdman Sarayında baş tutan görüşdə festivalın uğurla həyata keçirilməsində könüllülərin rolu, onların göstərdiyi təşəbbüskarlıq və komanda işi yüksək qiymətləndirilib.
 
Görüş zamanı Gəncə VK-nın prezidenti Elvar Osmanov könüllülərə müraciət edərək festivalın təşkilinə verdikləri töhfəyə, məsuliyyətli yanaşmalarına və fəallıqlarına görə təşəkkürünü bildirib. O, belə irimiqyaslı idman tədbirlərinin uğurla keçirilməsində könüllülərin xüsusi rol oynadığını vurğulayıb, onların enerjisinin, təşəbbüskarlığının və komanda ruhunun festivalın yüksək səviyyədə təşkilinə mühüm töhfə verdiyini qeyd edib.
 
Bildirilib ki, könüllülük fəaliyyəti yalnız tədbirlərin təşkilinə dəstək göstərməklə məhdudlaşmır, eyni zamanda gənclərin şəxsi inkişafı, komanda ilə işləmək bacarıqlarının formalaşması, yeni təcrübə qazanması və idman mühitində fəal iştirak etməsi baxımından da mühüm əhəmiyyət daşıyır.
Görüşün davamında əvvəlcə festival çərçivəsində fəaliyyət göstərən komanda liderlərinə, daha sonra isə 100-dən çox könüllüyə sertifikatlar təqdim olunub. Sertifikatlar könüllülərin festivalın təşkilində göstərdikləri xidmətin və fəallığın qiymətləndirilməsinin ifadəsi olub.
 
Gəncə VK festivalın təşkilində könüllülərin iştirakına şərait yaratdıqlarına və gənclərin təşəbbüslərini dəstəklədiklərinə görə Gəncədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin rəhbərliyinə və kollektivlərinə təşəkkürünü bildirir.

 







Redaktorun seçimi