Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Hit: 152
Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb
Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.
 
Faktor.az xəbər verir ki, püşkün nəticəsinə əsasən bir-biri ilə üz-üzə gələcək komandalar müəyyənləşib.
 
Yarışa I təsnifat mərhələsindən start veriləcək. Burada yalnız II Liqa təmsilçiləri mübarizə aparacaqlar. 1/8 final görüşləri bir oyundan ibarət olacaq. 1/4 finalda isə qarşılaşmalar ev-səfər prinsipi ilə keçiriləcək. 
 
I təsnifat mərhələsi
 
“Marafon” – “Dinamo”
 
“Qaradağ Lökbatan” – “Şəki”
 
“Şirvan” – “Kür-Araz”
 
“Ağdaş” – “Haypers”
 
“Şəmkir” – “Ağstafa Gəncləri”
 
“Difai” – “Zəngəzur”
 
Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları oktyabrın 7-8-də keçiriləcək. Oktyabrın 27-29-da II təsnifat mərhələsinin, dekabrın 1-2-də isə 1/8 finalın görüşləri baş tutacaq. Növbəti il fevralın 2-3-də 1/4 finalın ilk, fevralın 9-11-də isə cavab oyunları oynanılacaq. Yarımfinalın ilk matçları martın 2-3-də, cavab görüşləri aprelin 21-22-də keçiriləcək. Turnirin final oyunu isə mayın 12-də Gəncədə baş tutacaq.
 
Xatırladaq ki, yarışın son qalibi "Sabah"dır. Bakı klubu finalda "Zirə"ni 2:1 hesabı ilə üstələyib.






Redaktorun seçimi