Sabunçu Tibb Mərkəzində mürəkkəb cərrahi əməliyyat həyata keçirilib

Hit: 177
Sabunçu Tibb Mərkəzində mürəkkəb cərrahi əməliyyat həyata keçirilib
Sabunçu Tibb Mərkəzində 26 yaşlı pasiyent üzərində üst çənənin cərrahi yolla genişləndirilməsi – SARPE (Surgically Assisted Rapid Palatal Expansion) əməliyyatı icra olunub.
 
Pasiyent posterior çarpaz dişləmə və üst və alt çənə qövsləri arasında transversal uyğunsuzluq şikayətləri ilə müraciət edib.
Pasiyentin skelet inkişafı tamamlandığından yalnız ortodontik müalicə ilə üst çənənin skelet səviyyəsində genişləndirilməsi məhdud olub. Bu səbəbdən müalicə planına cərrahi genişləndirmə daxil edilib.
 
Ümumi anesteziya altında icra olunan SARPE əməliyyatı zamanı üst çənənin skelet səviyyəsində genişləndirilməsi təmin edilib.
Əməliyyat Sabunçu Tibb Mərkəzinin Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, həkim-cərrah T.Ü.F.D Vüqar Qurbanov və şöbənin həkim-cərrahı Musa Əhmədov tərəfindən həyata keçirilib.
 
Əməliyyat uğurla yekunlaşıb. Pasiyentin vəziyyəti stabildir və hazırda Üz-çənə cərrahiyyəsi şöbəsində müalicəsini davam etdirir. 






Redaktorun seçimi