Regionlarda neonatal təxliyə xidməti gücləndirilib

Hit: 156
Regionlarda neonatal təxliyə xidməti gücləndirilib
Yenidoğulmuşlara göstərilən təcili tibbi yardımı yaxşılaşdırmaq məqsədilə Sumqayıt, Gəncə və Şirvanda konsultativ-nəqliyyat xidməti təşkil edilib və neonatal təxliyə briqadaları yaradılıb ki, bu da regionlarda neonatal tibbi qayğının keyfiyyətini artıracaq və uşaq ölümünün azaldılmasına töhfə verəcək.
 
Görülən işlər çərçivəsində ümumilikdə 5 ədəd təcili tibbi yardım avtomobili müvafiq mərkəzlərə təqdim edilib. Bu avtomobillər süni tənəffüs aparatları və monitorinq cihazları ilə təchiz olunub ki, reanimasiyaya ehtiyacı olan körpələrin xəstəxanalararası daşınması zamanı risklər minimuma endirilsin və sabit temperatur rejimi qorunsun.
 
Xidmətlərin fəaliyyətinə ümumilikdə 41 nəfər tibb işçisi və sürücü cəlb olunub. Bu heyətə neonatoloqlar, reanimatoloqlar, həkim və orta tibb işçiləri, həmçinin sürücülər daxildir. Briqadalar 7/24 rejimində fəaliyyət göstərərək yenidoğulmuşların vəziyyətinin stabilləşdirilməsini, ixtisaslaşdırılmış tibb müəssisələrinə təhlükəsiz çatdırılmasını və yol boyu zəruri tibbi yardımın göstərilməsini təmin edir.






Redaktorun seçimi