Avropa çempionu Ayxan Mirzəzadə İsmayıllıda qarşılanıb
Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında qızıl medal qazanaraq ölkəmizə böyük qürur yaşadan Ayxan Mirzəzadə İsmayıllı rayonunda Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin əməkdaşları, məşqçi- müəllimlər və idmançılar tərəfindən böyük coşqu ilə qarşılanıb.
Görüş çərçivəsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsi ehtiramla yad edilib.
Daha sonra Şəhidlər Xiyabanı ziyarət olunub, Vətən uğrunda canlarından keçərək şəhadət zirvəsinə ucalmış qəhrəman şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla anılıb.
Qeyd edək ki, Ayxan Mirzəzadənin əldə etdiyi bu möhtəşəm qələbə Azərbaycan idmanının növbəti böyük uğurlarından biri olmaqla yanaşı, gənc idmançılar üçün də böyük örnəkdir.







































































