Neftçalada atletika üzrə rayon turniri keçirilib

Hit: 159
Neftçalada atletika üzrə rayon turniri keçirilib
03-04 sentyabr 2026-cı il tarixlərində Neftçala Olimpiya İdman Kompleksində yeniyetmələr arasında atletika (1000 metr məsafəyə kros qaçışı) idman növü üzrə rayon turniri keçirilib.
 
Tədbirdə Neftçala rayon gənclər və idman sektorunun müdiri Araz Əhmədov, sektorun digər əməkdaşları, yeniyetmələr iştirak edib.
 
29 nəfərin qatıldığı turnirdə  I, II, III yerlərə layiq görülən gənclər Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən diplom və müvafiq medallarla təltif olunub.
 
Qeyd edək ki, turnir Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə həyata keçirilib.






Redaktorun seçimi