Vüqar Behbudov Dünya Çempionatında uğur qazanan Sona Ağayeva ilə görüşüb
Boccia İdman Federasiyasının prezidenti Vüqar Behbudov Dünya Çempionatında uğur qazanan Sona Ağayeva ilə görüşüb
Azərbaycan Boccia İdman Federasiyasının prezidenti Vüqar Behbudov Cənubi Koreyanın Seul şəhərində keçirilən Boccia Dünya Çempionatında Azərbaycanı uğurla təmsil edərək bürünc medal qazanan milli komandamızın üzvü Sona Ağayeva ilə görüşüb.
Görüşdə Sona Ağayeva ilə yanaşı Boccia İdman Federadiyasının vitse-prezidenti və baş məşqçisi İlham Məhərrəmov, məşqçi Elşən Məhərrəmov və idman mütəxəsisi Elgün Əliyev iştirak edib.
Görüş zamanı Sona Ağayevanın Dünya Çempionatındakı uğurlu çıxışı yüksək qiymətləndirilib. Bu möhtəşəm nəticənin Azərbaycan bocciasının beynəlxalq arenada inkişafının və idmançılarımızın əzmkarlığının daha bir göstəricisi olduğu vurğulanıb.
V. Behbudov əldə etdiyi nəticə münasibətilə idmançımızı təbrik edib və ona gələcək yarışlarda uğurlar arzulayıb.











































































