“Gəncə” klubu ABŞ-dən olan basketbolçunu transfer edib
“Gəncə” basketbol komandası daha bir basketbolçunu heyətinə qatıb.
Klubdan Faktor.az-a verilən məlumata görə, ABŞ-dən olan Bakari Kamara mövsümün sonuna kimi qərb təmsilçisində çıxış edəcək. Hücumçu mövqeyində oynayan Kamara 2,01 metr boya malikdir.
28 yaşlı basketbolçu müxtəlif vaxtlarda İspaniya, Danimarka və Fransada çıxış edib.
Qeyd edək ki, basketbolçunun son klubu Qətər təmsilçisi "Əl-Vakra" olub.







































































