DGK əməkdaşı kamandan oxatma yarışında uğurla çıxış edib
Dövlət qurumlarının əməkdaşları arasında keçirilən kamandan oxatma yarışında Dövlət Gömrük Komitəsinin əməkdaşı uğurla çıxış edib.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə İdman-Tennis Kompleksində keçirilən yarışda 9 dövlət qurumunu 23 nəfər təmsil edib.
Kişilər arasında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin əməkdaşı Əlişer Mirzəyev uğurla çıxış edərək birinci olub. Gənclər və İdman Nazirliyindən Ramil Cabbarov ikinci, Fövqəladə Hallar Nazirliyindən Özcan Kərimov isə üçüncü yeri tutub.


































































