Dövlət qurumlarının əməkdaşları arasında yarış keçirilib
Dövlət qurumlarının əməkdaşları arasında kamandan oxatma yarışı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə İdman-Tennis Kompleksində keçirilən yarışda 9 dövlət qurumundan 23 nəfər (13 kişi, 10 qadın) iştirak edib.
Kişilər arasında Dövlət Gömrük Komitəsini təmsil edən Əlişer Mirzəyev birinci olub. Gənclər və İdman Nazirliyindən Ramil Cabbarov ikinci, Fövqəladə Hallar Nazirliyindən Özcan Kərimov isə üçüncü yeri tutublar.
Qadınlar arasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini təmsil edən Aytən Abdullayeva birinci olub. İlahə Hacıyeva (SOCAR) ikinci, Xədicə Əliyeva (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) üçüncü pillədə qərarlaşıblar.


































































