Biləsuvarda karatenin qocyu-ryu növü üzrə açıq rayon birinciliyi keçirilib

Hit: 153
Biləsuvarda karatenin qocyu-ryu növü üzrə açıq rayon birinciliyi keçirilib
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Karatenin Qocyu-ryu növü üzrə uşaq və yeniyetmələr arasında açıq Biləsuvar rayon birinciliyi Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun və Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib.
 
Birincilikdə Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Karate Federasiyasının nümayəndələri və idmançılar iştirak etdilər.
 
Biləsuvar Olimpiya İdman Kompleksində keçirilən yarışlarda müxtəlif yaş və çəki dərəcələrində Bakı şəhərinin üç komandası, Sumqayıt, Cəlilabad, Hacıqabul və Biləsuvar komandaları olmaqla ümumilikdə 100-ə yaxın idmançı iştirak edib.
Yarışların sonunda qalib idmançılar diplom və medallarla təltif olunublar.






Redaktorun seçimi