Avarçəkənlərimiz Avropa ikincisi olublar

Hit: 153
Avarçəkənlərimiz Avropa ikincisi olublar
İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında yüngül çəkili idmançıların mübarizəsinə yekun vurulub.
 
Qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda Azərbaycan Su İdman Növləri Federasiyasını iki idmançı təmsil edib. Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıb.
 
Xatırladaq ki, Ziya Məmmədzadə və Nurlan Paşayev 12–14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar.






Redaktorun seçimi