İdmançılarımız 2 qızıl və 2 bürünc medal qazandı
Rumıniyada keçirilən WUKF -in 14-cü dünya çempionatında iştirak edən Azərbaycanın ənənəvi karate üzrə yığma komandası yarışda uğurlu nəticələr əldə edib.
Çempionatın növbəti yarış günündə xaçmazlı idmançı Alışan Əzizov gənclər (18-20 yaş) arasında kumite üzrə III yerin sahibi olub.
Azərbaycan yığma komandası WUKF -in 14-cü dünya çempionatında indiyədək 2 qızıl və 2 bürünc medal qazanıb.
Yığma komanda yarışa ənənəvi karate üslubunun rəhbəri, 8-ci Dan qara kəmər sahibi Əhməd Əfəndi və baş məşqçi Bəhram Hətəmovun rəhbərliyi ilə hazırlanıb.







































































