"İdman elmlərində aktual mövzular və müasir yanaşmalar"
Azərbaycan İdman Akademiyasının (ASA) Elmi-tədqiqat mərkəzinin təşkilatçılığı ilə "İdman elmlərində aktual mövzular və müasir yanaşmalar" adlı seminar keçirilib.
Seminarda Akdeniz Universitetinin dosenti, idman elmləri üzrə fəlsəfə doktoru Tuba Melekoğlunun idmanda beynəlxalq elmi tendensiyalar, yeni metodoloji yanaşmalar və onların praktik tətbiqi barədə təqdimatı olub.
Sonda ASA-nın professor-müəllim heyəti, tədqiqatçıları, doktorant və magistrantları sahənin perspektiv istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.







































































