Futbolun İnkişaf Fondunun nümayəndələri Elvin Paşayevlə görüşüb
Bu gün Futbolun İnkişaf Fondunun nümayəndələri Qax rayonuna səfər edib.
Səfər çərçivəsində Fondun icraçı direktoru Tural Piriyev Shafaq F.C-nin rəhbəri Elçin Abidli ilə birlikdə Qax rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ilə görüşüblər.
Görüş zamanı Fondun "Şəfəq" FK ilə bağlı cari planları və mümkün dəstək imkanları barədə müzakirələr aparılıb.
Görüşdə "Şəfəq" FK-nın rəhbəri Elçin Abidli yerli ictimaiyyətin öz bölgə klubuna dəstəyini artırmaq məqsədilə Futbolun İnkişaf Fondu tərəfindən kluba ianə edilən 100 ədəd oyun köynəyinin satışa çıxarıldığını bildirib. Qeyd olunub ki, satışdan əldə ediləcək vəsait futbolçular üçün idman dəstlərinin alınmasına yönəldiləcək.
İcra başçısı bu təşəbbüsü yüksək qiymətləndirib və klubun oyun köynəyini əldə edərək öz dəstəyini göstərib.









































































