Zidan bu komandanı çalışdıracaq

Hit: 292
Zidan bu komandanı çalışdıracaq
“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan Fransa milli komandasına rəhbərlik etməyə razılıq verib.
 
Bu barədə insayder-jurnalist Fabritsio Romano özünün “X” sosial şəbəkə hesabında məlumat yayıb.
 
Məlumata görə, tərəflər iyul ayında dördillik müqavilə imzalamağı planlaşdırırlar. Zidan artıq köməkçilərinin yer alacağı məşqçilər heyətinin tərkibini də müəyyənləşdirib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında Fransa yığması həm 2028-ci il Avropa Çempionatında (Avro-2028), həm də 2030-cu il dünya çempionatında (DÇ-2030) mübarizə aparmalıdır.
 
Qeyd edək ki, 14 ildir Fransa seçməsini çalışdıran Didye Deşam DÇ-2026-nın bürünc medal uğrunda keçiriləcək İngiltərə ilə qarşılaşmasından sonra postunu tərk edəcək. Üçüncü yer uğrunda oyun iyulun 19-da baş tutacaq.
 
Xatırladaq ki, Fransa mundialın yarımfinalında İspaniya yığmasına 2:0 hesabı ilə uduzaraq final şansını itirmişdi. Həmin oyunda ispanların qollarını Mikel Oyarzabal (penalti) və Pedro Porro vurmuşdular.(qafqazinfo)






Redaktorun seçimi