Adil Əliyev dünya birincisi adına layiq görülən şagirdlə görüşüb
İtaliyanın paytaxtı Roma şəhərində keçirilən beynəlxalq STEM Olimpiadasında böyük uğur qazanaraq dünya birincisi adına layiq görülən "Dünya Məktəbi"nin 5-ci sinif şagirdi, 11 yaşlı Ali Aslanov və onun müəllimi Murad Əliyev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyevlə görüşüblər.
Görüş zamanı Adil Əliyev Ali Aslanovu qazandığı böyük nailiyyət münasibətilə təbrik edib, ona gələcək təhsil və elmi fəaliyyətində yeni uğurlar arzulayıb.
Onu da qeyd edək ki, Ali Aslanov Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanovun oğludur.











































































