ASA-nın prorektoru Ülkər Babayeva Belarusda işgüzar səfərdə olub
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə idmanın inkişafı, idman infrastrukturunun idarə olunması və idman ehtiyatlarının hazırlanması sahələrində təcrübənin öyrənilməsi məqsədilə Azərbaycan idman nümayəndə heyəti Belarus Respublikasında işgüzar səfərdə olub. Nümayəndə heyətinin tərkibində Azərbaycan İdman Akademiyasının (ASA) tədris işləri üzrə prorektoru Ülkər Babayeva da yer alıb.
Nümayəndə heyəti Belarusun əsas idman qurğuları və müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub, Belarus Dövlət Bədən Tərbiyəsi Universitetinə, Respublika Elmi-Praktik İdman Mərkəzini, Tennis üzrə Respublika Olimpiya Hazırlığı Mərkəzinə və digər məkanlara baş çəkiblər.
Səfər çərçivəsində Belarus Respublikasının idman və turizm nazirinin müavini Aleksandr Baraulya ilə ikitərəfli görüş baş tutub. Görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonra Azərbaycan nümayəndə heyəti Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyevlə görüşüb. Görüşdə Azərbaycan-Belarus arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub









































































