Paralimpiya İdman Kompleksində hazırda 200-dən çox idmançı xidmətlərdən yararlanır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində hazırda 204 idmançı xidmətlərdən yararlanır.
Müəssisə əlilliyi olan şəxslərin idman bacarıqlarının artırılmasında, müxtəlif idman yarışlarına hazırlığının, həmçinin tibbi-sosial reabilitasiyanın təşkilində mühüm rola malikdir.
Kompleksdə Azərbaycan Milli Paralimpiya Komitəsi ilə əməkdaşlıq şəraitində təlim-məşq toplanışları, məşqlər təşkil olunur.
İdmançıların idman yarışlarına hazırlaşmaları üçün zəruri şəraitə malik olan Paralimpiya İdman Kompleksində hazırda 12-dən çox idman növü (paracüdo, parapouerlifting, oturaq voleybol, güllə atıcılığı, kamandan oxatma, üzgüçülük və s.) üzrə məşqlər keçirilir. Onlardan 8-i paralimpiya idman növlərinə daxildir.






































































