Qazaxda güləş zalına baxış keçirilib

Hit: 165
Qazaxda güləş zalına baxış keçirilib
Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, Federasiyanın vitse-prezidenti, Sidney-2000 Yay Olimpiya Oyunlarının çempionu Namiq Abdullayev, İcraiyyə Komitəsinin üzvü, Afina-2004 Yay Olimpiya Oyunlarının çempionu Fərid Mansurov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov və Azərbaycan Güləş Federasiyasının əməkdaşları Qazax şəhər mərkəzi stadionunda yerləşən güləş zalında aparılan yenidənqurma və tikinti işləri ilə tanış olublar.
 
Baxış zamanı görülən işlərin gedişi, yaradılan şərait və qarşıdakı mərhələdə həyata keçiriləcək işlər müzakirə olunub. 
 
Qeyd edilib ki,  güləş zalı istifadəyə verildikdən sonra bölgədə güləşin inkişafına və perspektivli idmançıların hazırlanmasına mühüm töhfə verəcək.






Redaktorun seçimi