Məktəblilərin Respublika İdman Olimpiadasından idmançılarımız uğurlu nəticə ilə qayıdıblar
20-26 iyun 2026-cı il tarixlərində Bakı şəhərində təşkil olunan Məktəblilərin Respublika İdman Olimpiadasında boks idman növü üzrə UGİŞM-nin məşqçi-müəllimi Məzahir Rəhimovun tələbəsi Həbibli Yusif 75 kq çəki dərəcəsində III yerə, sərbəst güləş idman növü üzrə Ağadin Abıyevin tələbəsi Abdullazadə Turan da 48 kq çəki dərəcəsində III yerə layiq görülərək bürünc medalla mükafatlandırıldı. İdmançılarımızı təbrik edir, uğurlarının davamını arzulayırıq!








































































