Əməkdaşlıq memorandumu imzalanıb

Hit: 171
Əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi ilə Top Padel Club arasında əməkdaşlıq memorandumu imzalanıb.
 
Memorandumun məqsədi əqli imkanları məhdud şəxslərin padel idmanına cəlb olunmasını təşviq etmək, onların fiziki və sosial inkişafını dəstəkləmək, eləcə də inklüziv idmanın inkişafına töhfə verməkdir.
 
Qeyd edək ki, Top Padel Club-un təşəbbüsü ilə Xüsusi Olimpiya Komitəsinin atletləri artıq padel üzrə məşq prosesinə cəlb olunublar. Memorandum çərçivəsində bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır.
Memorandum Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin prezidenti Mövlud Mirəliyev və Top Padel Club-un təsisçisi və direktoru Elnur İbrahimov tərəfindən imzalanıb.






Redaktorun seçimi