AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib

Hit: 160
AMADA-nın Müşahidə Şurasının növbəti iclası keçirilib
Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
 
İclasda Agentliyin yeni Strategiya layihəsi müzakirə olunub. Şura üzvləri missiya, dəyərlər, strateji məqsədlər və ümumi konsepsiya ilə bağlı fikir mübadiləsi aparıblar.
 
Gündəlikdə yer alan digər məsələlər çərçivəsində AMADA-nın 2024-cü və 2025-ci illər üzrə illik hesabatları nəzərdən keçirilib və Müşahidə Şurası tərəfindən təsdiq edilib.
 
Bununla yanaşı, Agentliyin 2026-cı ilin ilk yarısı üzrə büdcəsi və yüksək dəyərli əqdlərlə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.






Redaktorun seçimi