İdmançılarımızın növbəti uğuru
Türkiyənin Antalya şəhərində kikboksinq üzrə bütün yaş qrupları arasında Dünya Kuboku keçirilib. Azərbaycan milli komandası yarışda 44 idmançı ilə təmsil olunub. Ümumilikdə 43 ölkədən 2353 idmançının mübarizə apardığı turnirdə Azərbaycan yığması 9 qızıl, 10 gümüş və 13 bürünc medal qazanıb.
İdmançılarımızdan Fuad Zeynalov (94 kq) iki versiyada – “Kick Light” və “Light Contact” üzrə qızıl medallar qazanıb. Sabir Mirzəyev (“Kick Light”, 52 kq), Həsən Məmmədov (“Low Kick”, 42 kq), Aylin Hüseyzadə (“Low Kick”, 44 kq), Mübariz Səmədov (“Kick Light”, 69+ kq), Samir Əliyev (“Low Kick”, 51 kq), Uğur Əliyev (K1, 71 kq), Əli Cabbarzadə (“Low Kick”, 60 kq) və Məhəmməd İmanov (“Low Kick”, 60 kq) da fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Nuran Quluzadə ("Kick Light", 47 kq), Yusif Mirzəzadə ("Low Kick", 42 kq), Fərid Hümbətov ("Kick Light", 52 kq), Aydan Vəlizadə ("Low Kick", 48 kq), Tamerlan Məmmədli (K1, 81 kq), Əli Əsgərli ("Light Contact", 52 kq), Yusif Məmmədov ("Low Kick", 57 kq), Fərhad Tağızadə ("Full Contact", 54 kq), Vüsal Qurbanov ("Low Kick", 54 kq), Həsən Şəbəndiyev ("Low Kick", 91 kq) ikinci yerə layiq görülüblər.
Sənəm Məmmədli (K1, 44 kq), Raul Qarayev (K1, 57 kq), Məhəmməd Əliyev ("Full Contact", 54 kq), Əli Qarayev ("Kick Light", 69 kq), İdris İsmayılov ("Low Kick", 57 kq), Elçin Mürşüdov ("Low Kick", 60 kq), Nəzrin Qasımova (K1, 60 kq), Yusif Nəbiyev ("Kick Light", 47 kq), Turan Abdullazadə ("Kick Light", 47 kq), Amal Eyyubov ("Low Kick", 71 kq), Emil Tahirov ("Kick Light", 94 kq), Nuran Quluzadə ("Light Contact", 47 kq) üçüncü pillədə qərarlaşıblar.
Qeyd edək ki, idmançımız Fuad Zeynalov Türkiyə Kikboksinq Federasiyasının prezidenti, eyni zamanda Dünya Kikboksinq Federasiyasının vitse-prezidenti Salim Kayıcı tərəfindən “Best Master” adına layiq görülüb.











































































