Yevlaxda cüdo üzrə region turniri keçirilib

Hit: 242
Yevlaxda cüdo üzrə region turniri keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin dəstəyi Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə cüdo idman növü üzrə region turniri keçirilib. Yevlax Olimpiya İdman Kompleksində baş tutan yarışın açılış mərasimində Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov, Yevlax Olimpiya İdman Kompleksinin direktoru Nicat Haqverdiyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin əməkdaşları idman müəllimləri, idmançılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yarış Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
 
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirdi ki, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan idmanın sahəsinin inkişafı siyasəti Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü fikir formalaşdırır. Azərbaycanın idman ölkəsi kimi tanınmasında təkcə Bakıda deyil, regionlarda da müasir idman infrastrukturunun qurulması mühüm rol oynayır. Yevlaxda istifadəyə verilən yeni Olimpiya İdman Kompleksi də bu siyasətin davamı kimi dəyərləndirilir.Yarışın keçirilməsində  əsas məqsəd cüdo idman növünü təbliğ və inkişaf etdirmək, idmançıların təlim-məşq prosesini təkmilləşdirmək, onların idman ustalığını yüksəltmək, güclü və perspektivli idmançıları üzə çıxarmaqdır. 
 
Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov çıxışında ölkəmizdə idmançılara göstərilən dövlət qayğısından, idmançılarımızın avropa, dünya və olimpiya oyunlarında qazandıqları nailiyyətlərdən söz açıb.
 
6 rayondan 10 çəki dərəcəsində 120 idmançının mübarizə apardığı Region turnirində Mingəçevir komandası 1 ci yer, Yevlax komandası 2-ci yer, Zərdab komandası isə 3-cü yeri tutublar. Qaliblər diplom və medallarla mükafatlandırılıb.






Redaktorun seçimi