“Qəbələ” qanalı futbolçu ilə yeni müqavilə imzalayıb

Hit: 262
“Qəbələ” qanalı futbolçu ilə yeni müqavilə imzalayıb
“Qəbələ” futbolçusu Prins Ovusu ilə yeni müqavilə imzalayıb.
 
Klubdan Faktor.az-a bildirilib ki, 20 yaşlı vingerlə sözləşmənin müddəti 2028-ci ilin iyun ayınadək uzadılıb.
 
Futbolçu “qırmızı-qaralar”ın heyətində keçirdiyi 29 oyunda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Eyd edək ki, Qananın Nayan Akademiyasından transfer olunan Prins Ovusu ötən mövsüm “Qəbələ”nin U-19 komandasında çıxış edib.






Redaktorun seçimi