İlk dəfə azərbaycanlı məşqçi futzal üzrə UEFA B Lisenziyasına sahib olub

Hit: 421
İlk dəfə azərbaycanlı məşqçi futzal üzrə UEFA  B Lisenziyasına sahib olub
Futzal üzrə Azərbaycan Yüksək Liqasında çıxış edən “Baku Fire” klubunun məşqçisi Elvin Quliyev Finlandiyada UEFA tərəfindən təşkil olunan kursu diplomla bitirib.
 
Mütəxəssis ötən ilin avqustundan etibarən UEFA-nın futzal məşqçiləri üçün təşkil etdiyi kursa qatılıb.
 
Kursun modullarını uğurla tamamlayan həmyerlimiz UEFA-nı B lisenziyasına sahib olub. Artıq bununla bağlı rəsmi məktub və diplom Finlandiya Futbol Federasiyasından AFFA-ya göndərilib.
 
Qeyd edək ki, Elvin Quliyevin məşqçisi olduğu “Baku Fire” Yüksək Liqanın 2024/2025 mövsümünü gümüş medalla başa vurub.








Redaktorun seçimi