İdman Akademiyasında “Açıq Qapı Günləri” təşkil olunub

Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Akademiyasının (ASA) birgə təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionalarında fəaliyyət göstərən Gənclər Evi sosial xidmət müəssisələrinin üzvü olan abituriyentlər üçün “Açıq Qapı Günləri” keçirilib.
Tədbir Akademiya haqqında tanıtım filminin nümayişi ilə başlayıb. Ardınca iştirakçılara ali təhsil müəssisəsinin qəbul prosesi, tədris olunan ixtisaslar və tələbə həyatı barədə ətraflı məlumat verilib. Gənclər Akademiyanın tədris mühiti və tələbələr üçün yaradılmış imkanlarla bağlı suallarını ünvanlayıblar.
"Açıq Qapı Günləri"də idman mövzusunda sual-cavab sessiyası təşkil olunub. Aktiv iştirak edən və düzgün cavab verən gənclərə Akademiya tərəfindən hədiyyələr təqdim olunub. Tədbirin davamında iştirakçılar ASA-nın maddi-texniki bazası, idman zalları və auditoriyaları ilə yerində tanış olub, praktiki dərslərdə iştirak ediblər.


