Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək

Hit: 168
Anyma Formula 1 Azərbaycan Qran-Prisində çıxış edəcək
Sentyabrın 19-u Formula 1 atmosferinə dünyanın ən yenilikçi elektron musiqi layihələrindən biri olan Anyma öz imzasını atacaq.
 
Bakı Şəhər Halqasından Faktor.az-a bildirilib ki, bu ilin ən çox gözlənilən tədbirlərindən biri – Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi yalnız sürət, rəqabət və texnologiya ilə deyil, eyni zamanda, qeyri-adi musiqilər ilə yadda qalacaq.
 
Qran-Pri idman yarışı olmaqla bərabər, həm də festival ab-havasıdır. Hər il olduğu kimi, bu il də Bakıda təşkil olunan yarış həftəsonu izləyicilərə unudulmaz anlar vəd edir.
 
Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə 4 günlük bilet sahibləri konsertdə iştirak edə biləcəklər.








Redaktorun seçimi