UEFA AFFA-nı cərimələyib

Hit: 171
UEFA AFFA-nı cərimələyib
UEFA AFFA-nı 5000 avro cərimələyib.
 
"Report"un məlumatına görə, buna qadın futbolçulardan ibarət Azərbaycan yığmasının UEFA Millətlər Liqasında Litva ilə aprelin 4-də keçirilən oyununun gec başlaması səbəb olub.
 
Qarşılaşma baş məşqçi Siyasət Əsgərova görə yubanıb. Mütəxəssisə 1 oyunluq şərti cəza verilib və 1 illik sınaq müddəti təyin edilib.
 
Bundan əlavə, S.Əsgərov qeyri-idman hərəkətinə görə 1 matçlıq diskvalifikasiya edilib. O, növbəti turda Monteneqro ilə matçda cəzasını çəkib.
 
AFFA-dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, UEFA nümayəndəsi sözügedən qarşılaşmadan sonra hər iki kollektivin görüşə gec çıxdığını deyib:
 
"Lakin neçə dəqiqə gecikməyimiz və cərimə düşəcəyi ilə bağlı bir söz deyilmədi".
 
Qeyd edək ki, Litvanı iki cavabsız qolla üstəyələn Azərbaycan yığması Monteneqro ilə heç-heçə edib - 1:1. Komanda sonuncu - IV turda, mayın 30-da Litvanı qəbul edəcək.








Redaktorun seçimi