AFFA uşaqlarla görüş təşkil edib

Hit: 161
AFFA uşaqlarla görüş təşkil edib
AFFA-nın təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyinin 3 saylı Uşaq Evi sosial xidmət müəssisəsində yaşayan uşaqlarla Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üzrə II kurs tələbələri arasında görüş təşkil olunub.
 
Görüşün baş tutmasında əsas məqsəd tələbələrə cəmiyyətin həssas təbəqələrinə qarşı empatiya hissinin aşılanması, sosial məsuliyyətin inkişaf etdirilməsi və mənəvi dəstək göstərməklə uşaqlara sevinc bəxş etməkdir.
 
Tədbirdə AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, Sosial və ətraf mühit dayanılığı üzrə menecer Kifayət Mustafayeva, 3 saylı Uşaq Evinin direktoru
Günay Manafova uşaqları salamlayıblar.
 
Tələbələr uşaqlarla vaxt keçirərək, onlara təhsilin faydaları haqqında məlumat veriblər. Tədbirin sonunda uşaq evində yaşayan uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.








Redaktorun seçimi