Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi məlum olub

“McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə dünya çempionatının - Səudiyyə Ərəbistanı Qran-Prisinin beşinci raundunda qalib gəlib.
Faktor.az xəbər verir ki, yarış Ciddə şəhər trekində baş tutub.
İkinci yeri “Red Bull”dan niderlandlı pilot Maks Ferstappen tutub. İlk üçlüyü “Ferrari” komandasının sürücüsü olan moneqasklı Çarlz Lekler tamamlayıb.
Piastri 99 xalla ümumi çempionat cədvəlinə başçılıq edir. İkinci yerdə onun komanda yoldaşı britaniyalı Lando Norris (89 xal), ilk üçlüyü isə son dörd dünya çempionatının qalibi Ferstappen (87) tamamlayır.
Mayın 2-dən 4-dək Mayamidə (ABŞ, Florida) dünya çempionatının altıncı mərhələsi keçiriləcək.


