“Prezident Kuboku-2025”: Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək

Hit: 215
“Prezident Kuboku-2025”: Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək.
 
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından Faktor.az-a bildirilib ki, proqram çərçivəsində peşəkar avarçəkənlərin nümunəvi çıxışları, uşaq və yeniyetmələr üçün viktorinalar təşkil olunacaq. Həmçinin, sakinlər avarçəkmə qayıqları və trenajorlarda özünü sınamaq imkanı əldə edəcəklər.
 
Aprelin 28-də Köndələnçay su anbarında reallaşacaq tədbir saat 11:00-da başlayacaq.








Redaktorun seçimi