DAF nümayəndələri Türk Obası ilə tanış olub

Azərbaycan və Dünya Alpaqut Federasiyalarının rəhbərlikləri Bakıda Türk Ticarət Mərkəzinin təşəbbüsü ilə yaradılan Türk Obasının fəaliyyəti ilə yaxından tanış olublar.
Görüşdə Dünya Alpaqut Federasiyasının (DAF) prezidenti Jalə Əhmədova, DAF-ın vitse-prezidenti Könül Nurullayeva, Azərbaycan Alpaqut Federasiyanın (AAF) prezident Fuad Quliyev, AAF-ın vitse-prezidenti Mehman Səfərov, DAF-ın Təşviqat və İnkişaf üzrə vitse-prezidenti Tural Abasquliyev iştirak ediblər.
Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu qonaqlara Türk Obası haqqında məlumat verib.
Qeyd olunub ki, Türk Ticarət Mərkəzi və onun Türk Obası, yalnız iqtisadi məkan deyil, eyni zamanda mədəniyyətin, milli kimliyin və ortaq dəyərlərin təbliğ-tərənnümü, öyrənilib-öyrədilməsi üçün bir mərkəzdir.
Yılmaz Okuklu diqqətə çatıdırb ki, Türk Obası, keçmişin və gələcəyin bir nöqtədə görüşdüyü, iqtisadi, mədəni və tarixi dəyərlərin bir araya gətirildiyi önəmli bir məkandır.
Sonda qarşılıqlı əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb, gələcəkdə görüləcək tədbirlər planı haqqında məlumatlar verilib.


