Azərbaycan - Haiti oyununun biletləri satışa çıxarılıb

Hit: 323
Azərbaycan - Haiti oyununun biletləri satışa çıxarılıb
Azərbaycan və Haiti yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.
 
Faktor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər sektorlara görə 2 və 5 manat təşkil edir.
 
VİP sektoruna biletlərin qiyməti isə 10 manatdır. Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündür.
 
Oyun günü matçın keçiriləcəyi stadionun kassalarında da bilet satışı təşkil olunacaq.
 
Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti qarşılaşması saat 21:45-də start götürəcək.








Redaktorun seçimi