Brüsseldə “Dostluq qazansın” devizi ilə şahmat turniri keçirilib - FOTOLAR

“Fireland” Azərbaycanlılar Birliyi Brüssel şəhərində “Dostluq qazansın” devizi ilə beynəlxalq şahmat turniri keçirib. Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin dəstəyi ilə keçirilən turnirdə 7 ölkədən 50-yə yaxın oyunçu iştirak edib. Oyunlar 8-16 yaş arası uşaqlar və böyüklər üçün 2 fərqli qruplarda keçirilib.
Azərbaycan, Türkiyə, Belçika, Kazaxıstan, Polşa, Livan və digər ölkələrdən şahmatsevərlərin iştirak etdiyi oyunu Belçikada yaşayan Azərbaycanlı şahmat mütəxəssislərindən ibarət münsiflər heyəti nəzarət edib.
Oyunların nəticəsində müxtəlif səviyyəli qruplar arasında qaliblər Azərbaycan, Kazaxıstan və Türkiyədən olan şahmatçılar olub.
Oyunun sonunda bütün iştirakçılara diplom və medallar, qaliblərə isə xüsusi mükafatlar təqdim olunub.
Qeyd edək ki, Fireland Azərbaycanlılar Birliyi Brüssel şəhərində ənənəvi olaraq ildə bir dəfə şahmat turniri təşkil edir.


