Mediasiya ailəsində böyük uğur!

Hit: 441
Mediasiya ailəsində böyük uğur!
Şahmatçı, Qəbələ 1 saylı mediasiya təşkilatının rəhbəri Ədalət Əliyevin tələbələri şahmat üzrə  dünya çempionatının qalibi olub.
 
Şahmat üzrə 21-ci Beynəlxalq Həlletmə Yarışı (21-st İnternational Contest) başa çatıb və Beynəlxalq Hakimlər Heyətinin qərarı açıqlanıb. 
 
Faktor.az xəbər verir ki, dünya üzrə 185 şahmatçının iştirak etdiyi yarışda ölkəmizi təmsil edən Qəbələ Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin məşqçi-müəllimi Araz Alməmmədov 60 xaldan 53,5 xalla I yeri, Qəbələ Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin yetirməsi Samir Alməmmədov isə 39,75 xalla III yeri qazanıb. Fərəhli haldır ki, Dünya üzrə 3 qalib yerdən ikisini Azərbaycanı təmsil edən Qəbələ şahmatçıları əldə edib. 
 
Qalibləri və şahmatsevərləri təbrik edirik. Xatırladırıq ki, Ədalət Əliyev həmçinin Qəbələ Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin də direktoru kimi onlarla şahmatçının yetişdirilməsində böyük rol oynayıb.








Redaktorun seçimi