Ronaldo yeni müqavilə imzaladı

Hit: 302
Ronaldo yeni müqavilə imzaladı
"Əl-Nəsr" futbolçusu Kriştiano Ronaldo ilə müqavilə müddətini artırıb. 
 
Faktor.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb. 
 
40 yaşlı hücumçu ilə imzalanan sözləşmə 2026-cı ilin qədər olacaq. Rəsmi açıqlamanın yaxın zamanda olacağı gözlənilir. Portuqaliyalı futbolçunun Səudiyyə Ərəbistan klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. 
 
Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm "Əl-Nəsr"in heyətində 25 matça çıxaraq 23 qol vurub və 4 qolun ötürməsini edib. 








Redaktorun seçimi