Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər

Hit: 418
Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər
UEFA Çempionlar Liqasında maraqlı yenilik etməyə hazırlaşır.
 
Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa futbol qurumu qitənin birnömrəli klub turnirinin təsnifat mərhələsinin oyunlarında əlavə vaxtı ləğv etməyi planlaşdırır.
 
İddiaya görə, mümkün dəyişiklik klubların sıx qrafikdə oynaması ilə bağlıdır. Yeniliyin yayım hüquqlarına görə 2027-ci ildən sonra tətbiq olunacağı gözlənilir.
 
Amma bunun qəti qərar olmadığı, sadəcə, müzakirə edildiyi vurğulanıb.








Redaktorun seçimi