"Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşdi
Futbol üzrə İkinci Liqa təmsilçisi "Şəmkir" klubunun yeni baş məşqçisi müəyyənləşib.
Komanda Vüqar Nadirov ilə 1+1 illik müqavilə imzalayıb.
Mütəxəssis son olaraq İkinci liqanın digər təmsilçisi "Hypers Guba"nı çalışdırıb.
Qeyd edək ki, “Şəmkir” klubu hazırda 13 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.