Qara Qarayev “Araz-Naxçıvan”la müqavilə imzalayıb

Hit: 1302
Qara Qarayev “Araz-Naxçıvan”la müqavilə imzalayıb
“Araz-Naxçıvan” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Klubdan Faktor.az-a verilən məlumata görə, müxtəlif illərdə Azərbaycanın 17, 19, 21 yaşadək futbolçulardan ibarət yığmalarında, eləcə də əsas millidə çıxış etmiş Qara Qarayev mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. Futbolçu ilə rəsmi müqavilə imzalanıb və o, heyət üzvlərinə təqdim olunub.
 
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 2009-2023-cü illərdə “Qarabağ”ın, 2023-2024-cü illər mövsümündə isə “Neftçi”nin heyətində yer alıb. Futbolçu 9 dəfə Azərbaycan çempionu, 5 dəfə isə ölkə kubokunun qalibi olub.








Redaktorun seçimi