“BonAqua” “Şamaxı” FK-nın rəsmi tərəfdaşı oldu
“BonAqua” brendi “Şamaxı” Futbol Klubu ilə əməkdaşlığa başlayıb. Belə ki, “BonAqua” “Şamaxı” FK-nın A və akademiya komandalarını su ilə təmin edəcək.
Tərəflər bildirib ki, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində də işlər davam etdiriləcək.
Xatırladaq ki, “BonAqua” suları “Coca-Cola” şirkətinin Azərbaycanda istehsal etdiyi sərinləşdirici içki məhsullarından biridir. Məhsul beynəlxalq keyfiyyət sertifikatları və şirkətin yüksək keyfiyyət standartları ilə istehsal edilir.
İdmana daim dəstək olan “BonAqua” bundan əvvəl Azərbaycanda keçirilən Avropa Oyunları “Bakı 2015”, İslam Həmrəyliyi Oyunları “Bakı 2017”, “Tour d’Azerbaijan”, Bakı marafonu və “Formula 1” kimi bir çox mötəbər idman yarışlarında idmançıların, komandaların, nümayəndələrin və azarkeşlərin su ehtiyaclarını təmin edib.
Qeyd edək ki, Şamaxı Futbol Klubu 2022-ci ildən Şamaxı şəhərini təmsil edir və ikiqat Azərbaycan çempionu (2008 və 2010), və ikiqat Azərbaycan Kubokunun (2018 və 2021) qalibidir. 2023-2024 mövsümündə Azərbaycan Birinci Liqasının qalibi olaraq cari mövsümdə Preymer liqaya yüksəlib. “Şamaxı” Futbol Klubu 2004-cü ilə kimi Xəzər Universiteti, 2017-ci ilə kimi “İnter”, 2022-ci ilə kimi isə “Keşlə” adı altında mübarizə aparıb.