Naxçıvanda futzal hakimləri üçün seminar keçirilib
Naxçıvanda futzal hakimləri üçün seminar keçirilib
Bu, AFFA və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə təşkil olunub.
AFFA Hakimlər Departamentinin üzvləri tərəfindən referilər üçün nəzəri və praktiki məşğələlər keçirilib, oyun qaydalarında edilən yeniliklər haqqında məlumat verilib.
Daha sonra seminar iştirakçılarına yeni geyim dəstləri hədiyyə olunub.
Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar dövlət qurumlarının əməkdaşlarından ibarət komandalar arasında futzal turniri keçirilir. 17 kollektiv 4 qrupda mübarizə aparır. Qrup mərhələsində 2 tur arxada qalıb. Həftəsonu isə III turun matçları keçiriləcək.