Kuba prezidenti Azərbaycan boksçusu ilə bağlı paylaşım edib

Hit: 351
Kuba prezidenti Azərbaycan boksçusu ilə bağlı paylaşım edib
Kuba prezidenti Migel Dias-Kanel Bermudes Azərbaycan boksçusu Alfonso Dominqesin Paris-2024 Yay Olimpiya Oyunlarında ilk qələbəsindən sonra verdiyi müsahibəyə münasibət bildirib.
 
O, bununla bağlı X sosial şəbəkəsində paylaşım edib.
 
Kuba prezidenti qeyd edib ki, boksçuları Xulio Sesar La Krus üzərində xal hesabı ilə qalib gələn Alfonsonun açıqlaması dürüst, ləyaqətli və təsiredicidir:
 
“Onu yetişdirən vətəninə hörmətlə yanaşması tədqirəlayiqdir. Kuba onun qələbəsinə sevinir, baxmayaraq ki, qardaş Azərbaycanı təmsil edir”.
 
Qeyd edək ki, Dominqes ikiqat Olimpiya çempionunu 3:2 (29:28, 28:29, 29:28, 27:30, 29:28) hesabı ilə məğlub edib.








Redaktorun seçimi