Qara Qarayev “Neftçi”də 1000 manatlıq qol vurdu

Hit: 526
Qara Qarayev “Neftçi”də 1000 manatlıq qol vurdu
Peşəkar Futbol Liqası (PFL) 2023/2024 mövsümündə may ayının ən yaxşı qolunun müəllifini mükafatlandırıb.
 
Faktor.az xəbər verir ki, XXXV turun "Səbail" - "Neftçi" matçında (0:3) üçüncü qolun müəllifi olan Qara Qarayev 1000 manata sahib çıxıb.
 
O, səsvermədə “Sabah”dan Ayaz Quliyev və Anatoli Nuriyev, “Neftçi”dən Brayan Moreno, “Qəbələ”dən isə Əyyub Alaşı qabaqlayıb.
 
Mükafatı yarımmüdafiəçiyə PFL-in prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.








Redaktorun seçimi