“Qarabağ” klubunun fəxri prezidenti Abdolbari Gozal klub rəsmiləri ilə görüşüb

Hit: 550
“Qarabağ” klubunun fəxri prezidenti Abdolbari Gozal klub rəsmiləri ilə görüşüb
“Qarabağ” Futbol Klubunun fəxri prezidenti Abdolbari Gozal klub rəsmiləri ilə görüşüb.
 
Faktor.az xəbər verir ki, o, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Emrah Çelikel, Asif Əsgərov, Rafiq Şahverdiyev, Nazim Quliyev və baş məşqçi Qurban Qurbanovu qəbul edib.
 
Fəxri prezidentə Ağdam təmsilçinin 2023/2024 mövsümündə qazandığı Azərbaycan Premyer Liqasının çempionluq kuboku və Azərbaycan kuboku təqdim olunub.
 
A. Gozal "köhlən atlar"ın avrokuboklarda uğurla çıxış etməsi, Azərbaycan Premyer Liqasının və ölkə kubokunun qalibi olması münasibətilə klub rəhbərliyini, baş məşqçisi, texniki heyəti, futbolçuları və uğurlarda əməyi keçən bütün əməkdaşlarını təbrik edib.
Fəxri prezident "Qarabağ"a beynəlxalq və daxili yarışlarda uğurlar arzulayıb. O, indiyədək olduğu kimi, bundan sonra da komandaya lazım olan maddi və mənəvi dəstək verəcəklərini, dilə gətirib.








Redaktorun seçimi