“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub

Hit: 1433
“Qarabağ” Azərbaycan Kubokunun qalibi olub
Futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub.
 
Faktor.az xəbər verir ki, “Liv Bona Dea Arena”da keçirilən final matçında “Qarabağ” və “Zirə” komandaları üz-üzə gəlib. Görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
 
Hesabı 42-ci dəqiqədə Olavio Juninyo açıb. 57-ci dəqiqə İsmayıl İbrahimli hesabı bərabərləşdirib. “Qarabağ”a kuboku qazandıran qola 62-ci dəqiqədə Abdullah Zubir imza atıb.
 
Bununla da Ağdam klubu 8-ci dəfə Azərbaycan Kubokunun qalibi olub.








Redaktorun seçimi