“Bakı Sürət Festivalı”: - İlk dəfə Azərbaycanda!

Hit: 1227
“Bakı Sürət Festivalı”: - İlk dəfə Azərbaycanda!
May ayını 25-də Bakıda ilk dəfə olaraq möhtəşəm avtomobil tədbiri – “Bakı Sürət Festivalı” (Baku Festival of Speed 2024) keçiriləcək. Festival Azərbaycan Avtomobil Federasiyası tərəfindən təşkil olunur, həmtəşkilatçılar isə “Caspian Event Organisers” və “Baku City Circuit” şirkətləridir. Festivalın məqsədi regionda avtomobil idmanını və mədəniyyətini populyarlaşdırmaq, eləcə də avtomobil sənayesində son nailiyyətləri nümayiş etdirmək üçün platforma yaratmaqdır.
 
“Bakı Sürət Festivalı 2024” festivalında sizi maraqlı “Legend Cars Challenge Baku” yarışı və avtomobil sərgisi də daxil olmaqla əyləncəli proqram gözləyir. Yarışda iştirak edəcək US Legends Cars - 1930-cu və 1940-cı illərin klassik ABŞ avtomobilləri üslubunda hazırlanmış bu avtomobillər güclü “Yamaha” motosiklet mühərrikləri ilə təchiz olunub ki, bu da onları sürətli və manevr qabiliyyətli edir. “Legends Cars” yarışları bütün dünyada çoxsaylı pərəstişkarları cəlb edən dinamik və möhtəşəm yürüşləri ilə tanınır. İdman üslubunda hazırlanmış klassik avtomobillər xüsusi qurulmuş yarış trasında qələbə uğrunda yarışacaq və tamaşaçılara unudulmaz emosiyalar və adrenalin bəxş edəcək.
 
Bundan əlavə, festivalın ziyarətçiləri ən yaxşı drift pilotlarının ekstremal şəraitdə öz bacarıqlarını və sürücülük məharətlərini nümayiş etdirəcəkləri möhtəşəm drift şousundan həzz ala biləcəklər. Ziyarətçilər üçün sərgidə nümayiş olunacaq müxtəlif brendlərin avtomobillərinin test-drayvı təşkil olunacaq ki, bu da hər kəsə ən son modellərin gücünü və rahatlığını yaşamağa imkan verəcək. Festival mayın 25-də “Test&Training” mərkəzində baş tutacaq.
 
Bu unudulmaz hadisənin bir hissəsi olmaq, eləcə də sürət və avtomobil dünyasına səyahət etmək fürsətini qaçırmayın. Biletləri artıq Iticket.az saytından əldə edə bilərsiniz: https://iticket.az/events/other/festival-of-speed/118240. Bütün avtomobil və avtoidman həvəskarlarını festivala dəvət edirik.
 
Bizimlə qalın və “Bakı Sürət Festivalında” sürətin gücünü hiss edin!








Redaktorun seçimi