FIFA təşkilata üzv ölkələri irqçiliklə mübarizəyə çağırıb
Banqkokda keçirilən Asiya Futbol Konfederasiyasının Konqresi zamanı Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) prezidenti Canni İnfantino təşkilata üzv olan 211 ölkənin hamısını irqçiliklə mübarizə aparmağa çağırıb.
Uzun müddətdir irqçiliklə mübarizə üçün effektiv vasitələrin axtarışı üzərində işləyən FIFA oyunçuların hakimin diqqətini irqçilik və ya ayrı-seçkiliklə bağlı hadisələrə cəlb etmək üçün istifadə edəcəyi jesti – “başın üzərində çarpazlanmış əlləri” təklif edir.
"Futbolun qlobal bir cəmiyyət olaraq bir araya gəlməsi və oyundakı irqçilik problemini həll etmək üçün birmənalı bir öhdəlik götürməyin vaxtı çatıb" – deyə FIFA-nın məktubunda deyilir.
Qeyd etmək lazımdır ki, FIFA 2021-ci ildə Tokio Olimpiadasında qadın atıcılıq yarışlarının qaliblərinin mükafatlandırılması mərasimində əlləri çarpazlaşdırılmış amerikalı Reyven Sondersin jestindən istifadə etməyi təklif edir.