Bakıda ilk dəfə - "INBA EUROPEAN CUP OPEN” beynəlxalq turnir təşkil olunacaq

Hit: 313
Bakıda ilk dəfə - "INBA EUROPEAN CUP OPEN” beynəlxalq turnir təşkil olunacaq
Azərbaycan  Milli Olimpiya Komitəsinin,  Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin və “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İB-nin   birgə dəstəyi və lNBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyinin təşkilatçılığı ilə Opera Studiyasında "INBA EUROPEAN CUP OPEN” beynəlxalq turnir keçiriləcəkdir.
 
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən verilən məlumata əsasən, beynəlxalq turnirdə fiziki məhdudiyyətli şəxslərin, eyni zamanda irsi qan xəstəliyindən əziyyət çəkən insanların əl işlərindən ibarət rəsm sərgisi də nəzərdə tutulub.
 
Turnir sonrası “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin təşkilatçılığı ilə   hakimlər, atletlər və  idarə heyətinin üzvləri "Sağlam olaq, Donor olaq!" devizi altında qanvermə aksiyasında iştirak edəcəklər.
 
Beynəlxalq turnirin keçirilməsində  başlıca səbəb  sağlam həyat  tərzini, kütləvi bədən tərbiyəsi və idmanı təbliğ etmək, uşaq fitnesini inkşaf etdirmək, yeniyetmə və gəncləri pis vərişlərdən, istifadəsi qadağan olunmuş dərman preparatlarından uzaq  tutmaq, idmanda sağlam rəqabəti təmin etmək, idmanda zorakılığa qarşı mübarizə aparmaq, gender bərabərliyini təbliğ etmək və yarışın proqramına daxil olan idman növləri üzrə milli komandanı formalaşdırmaqdır.
 
İdman tədbirinin rəsmi açılış mərasimi 11 May 2024-ci il, saat 14:00-da Şəmsi Bədəlbəyli 98 ünvanında yerləşən “Opera studiya”- sında  keçiriləcəkdir.








Redaktorun seçimi